Kampaniya


29.06.2011 - 29.07.2011
   
   
 
 
Haqqımızda
Təkliflər
Partnyorlar
Qallereya
Əlaqələr
 
   
 
Nəyə görə CAMBALKON?

Uyğunluq
bu sistemlər binanın arxitektur quruluşunu pozmur və hər cür balkona quraşdırıla bilər.

Təhlükəsizlik
Istifadə olunan şüşələrin zərbəyədavamlı, yəni temperli olması,  təhlükəsizliyinizi tam təmin edir. Beləliklə də, balkonunuz xüsusi diqqət tələb edən uşaqlarınız üçün ,təhlükəsiz oyun otağı ola bilər.

Hərəkət
sistemlərdə şüşə lövhələr alüminyum rels üzərində hərəkət edərək sağa, sola və ya hər iki tərəfə yığılır. Yığıldığı hissədə isə çox yer tutmur.

Komfort
şüşə lövhələr və onların arasındakı silikon tərkibli fitillərin köməyi ilə sizi toz, yağış, qar, külək, səs  və başqa mənfi  təsirlərdən qoruyur.

Estetik
Çərçivəsiz şüşəbənd sistemləri eyvanın arxitektur quruluşunu pozmur, hətta bir çox rəng çeşidinin olması, məkana dekorativ və estetik bir görünüş də bəxş edir.

Təmizlik
bu  sistemlərdə şüşələrin hər iki üzünü eyvanin içəridən silmək mümkündür.

 

 
 

“Glass Construction Ltd”  2007-ci ildən fəaliyyət göstərməkdədir. Əsas hədəfi isə müştərilərinin istəyini ən yüksək səviyyədə yerinə yetirməkdir.

Cam balkon  nədir?

Cam balkon - çərçivəsiz, tam açılaraq yanlara yığılan  şüşəbənd sistemləridir. Bu sistemlər evinizdə funksional və estetik bir balkon yaratmağın ən müasir üsuludur. Məkanlara rahatlıq və maneəsiz mənzərə qazandıran bu sistemlərdə şüşə lövhələr alüminyum rels üzərində hərəkət edərək sağa, sola və ya hər iki tərəfə yığılır. Ilin dörd mövsümündə istifadə edə biləcəyiniz cam balkon sizə  məkanı  istədiyiniz zaman tamam, qismən bağlamaq, və ya bütünlüklə açmaq, ya da küləyi istiqamətləndirmək kimi fərqli  imkanlar  verir.  Istifadə olunan şüşələrin zərbəyədavamlı, yəni temperli olması,  təhlükəsizliyinizi təmin edir. Bundan əlavə özündən pərdəli sistemdən istifadə etməklə   günəş işığının qarşısını bütünlüklə və ya qismən ala bilərsiniz. Profillər alüminyum olduğundan paslanmır ki, bu da sistemin  ömrünü bir bina ömrü qədər uzun edir. Çərçivəsiz şüşəbənd sistemləri eyvanın arxitektur quruluşunu pozmur, hətta bir çox rəng çeşidinin olması məkana dekorativ və estetik bir görünüş də bəxş edir. Ən önəmlisi isə sizi ətraf mühitin mənfi təsirlərindən – külək, yağış, toz, səs və s. qoruyur.

 

 

 
 
designed by DizART